Bia.Az

Rusiyada dəhşətli təyyarə qəzası: azı 65 ölü – VİDEO / YENİLƏNDİ

Dünya
 24-01-2024, 13:49     119

Belqorodda qəzaya uğrayan İl-76 hərbi təyyarəsinin göyərtəsində Ukrayna Silahlı Qüvvələrinin üzvü olan 65 hərbi əsir olub. 

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qəza zamanı təyyarənin göyərtəsində hərbi əsirlərlə yanaşı 6 ekipaj üzvü və mühafizəçinin də olduğu bildirilib.

Qeyd edək ki, təyyarə əsirlərin mübadiləsi üçün aparılarkən qəzaya uğrayıb.
***
Rusiyanın İl-76 hərbi nəqliyyat təyyarəsi Belqorod vilayətində qəzaya uğrayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

Hazırda hadisə yerində xilasedicilər işlədiyi, qəza ilə bağlı araşdırma aparıldığı bildirilir.

Qeyd edək ki, Ukrayna bu gün pilotsuz uçuş aparatları (PUA) ilə Belqoroda hücum edib.скачать dle 12.1