Bia.Az

Şimali Koreyanın gərginliyi artırmaq üçün Sarı dənizə doğru qanadlı raketlər atıb

Dünya
 24-01-2024, 13:40     128

Şimali Koreya bu ay ABŞ, Cənubi Koreya və Yaponiyanın Koreya yarımadası yaxınlığında keçirdiyi birgə dəniz təliminə cavab olaraq Sarı dənizə doğru çoxsaylı qanadlı raketlər atıb.


Bizimyol.info xəbər verir ki, Cənubi Koreya Baş Qərargahının (JCS) verdiyi açıqlamada Pxenyanın Sarı dənizə doğru çoxsaylı qanadlı raketlər atdığı bildirilib.

Çəkilişlərin yerli vaxtla saat 07:00 radələrində edildiyini bildirən məlumatda: “Biz təqib və qiymətləndirmə fəaliyyətlərini effektiv şəkildə həyata keçirməyə davam etsək də, Şimali Koreyanın təxribatlarına qarşı ABŞ ilə koordinasiyaya davam edəcəyik”, - deyə qeyd edilir.
Son hadisə sentyabr ayında Pxenyanın Sarı dənizə doğru iki uzaqmənzilli strateji qanadlı raket atmasından sonra ilk qanadlı raket sınağı kimi qeydə alınıb.

Şimali Koreya sonuncu dəfə yanvarın 14-də hipersəs döyüş başlığı daşıyan bərk yanacaqlı orta mənzilli ballistik raketi (IRBM) sınaqdan keçirərək regionda təhlükəsizlik narahatlığını artırıb. ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller sınaqdan sonra verdiyi açıqlamada Pxenyanla dialoq çağırışını təkrarlayıb: “Biz Şimali Koreyanı növbəti təxribatçı, sabitliyi pozan hərəkətlərdən və bəyanatlardan çəkinməyə, eləcə də, diplomatiyaya qayıtmağa çağırırıq”, - deyə o qeyd edib.скачать dle 12.1