Bia.Az

Paşinyan Zəngəzur dəhlizinə razı idi, lakin… – Erməni politoloq

Dünya
 24-01-2024, 12:11     95

“Rusiya üçün “Zəngəzur dəhlizi” layihəsinin çox ciddi strateji əhəmiyyəti var”.

Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq Aqassi Enokyan deyib.

“Moskva bu dəhliz vasitəsilə Türkiyə ərazisindən özü üçün keçid təmin edib, Qərbin sanksiyalarından yayınmaq istəyir. Beləliklə iki ölkəni birləşdirən strateji yola nəzarəti də öz üzərinə götürmüş olacaq.

Dəhlizin Mehridən keçməsi ilə Moskva həm də İranın Cənubi Qafqazda əsas aktor kimi rolunu normallaşdıracaq. Hələ ki, Qərb bu layihəyə qarşı çıxdığı üçün bəxtimiz gətirib. Əks halda Ermənistan hakimiyyəti Kremlin gözündən düşməmək üçün buna razı olardı. Vladimir Putin də Nikol Paşinyanı istər rüşvət, istərsə də başqa şəkildə razı salardı”, – A.Enokyan bildirib.скачать dle 12.1