Bia.Az

Ohikyandan gülünc iddia: Bu “silahlar”la Azərbaycanı məğlub edə bilərik

Dünya
 24-01-2024, 11:59     92

“Azərbaycanla danışıqlar zamanı Ermənistan Qarabağ və Naxçıvandan 200 minə yaxın erməninin köçməsi məsələsini qaldırmalıdır”.

Globalinfo.az xəbər verir ki, bunu tanınmış erməni jurnalist Nairi Ohikyan deyib.

O iddia edib ki, guya rəsmi İrəvan danışıqlar masasında bu formada üstünlük əldə edə bilər.

“Bunlar Ermənistanın həm indi, həm də gələcək strateji planlarında Azərbaycanı diplomatiyada məğlub edə biləcəyi silahlardır”, – N.Ohikyan bildirib.

Qeyd edək ki, rəsmi Bakının yanaşmasına görə, qayıdış prosesi qarşılıqlı olmalı və bu çərçivədə Qərbi Azərbaycandan zorla çıxarılmış azərbaycanlılar öz tarixi yurdlarına qayıtmalıdır. Lakin bir çox erməni ekspertlər bunun Ermənistanın demoqrafik tərkibini dəyişəcəyi üçün təhlükəli olduğunu bildirirlər.скачать dle 12.1