Bia.Az

Ərdoğan və Rəisi Qəzzanı müzakirə edəcək

Dünya
 24-01-2024, 01:32     157

Türkiyə və İran prezidentləri Ankarada Qəzza münaqişəsinin nizamlanmasına və ikitərəfli münasibətlərin inkişafına dair müzakirə aparacaqlar.

Globalinfo.az xəbər verir ki, İran prezidenti İbrahim Rəisi türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün Türkiyəyə rəsmi səfər edəcək.

Səfər çərçivəsində Ərdoğan və Rəisinin sədrliyi ilə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının səkkizinci iclası keçiriləcək. İclasda Şura Türkiyə və İran arasında əlaqələrin bütün aspektlərini nəzərdən keçirəcək və ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi üçün atılacaq addımları müzakirə edəcək.

Bundan başqa, danışıqlar zamanı iki ölkə liderlərinin aktual regional və qlobal problemləri, xüsusən də İsrailin Qəzzaya və Fələstin ərazilərinə hücumları ilə bağlı fikir mübadiləsinin aparılacağı gözlənilir.

Görüşdən sonra İran-Türkiyə əməkdaşlığının gücləndirilməsinə yönəlmiş müxtəlif sazişlərin imzalanması planlaşdırılır.скачать dle 12.1