Bia.Az

“Zelenski Putin kimi olmaq istəyir” – Peskovdan MARAQLI AÇIQLAMA

Dünya
 24-01-2024, 01:23     157

“Zelenski Putin kimi olmaq istəyir, amma bu, onda alınmır”.

Globalinfo.az xəbər verir ki, bu fikiri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov səsləndirib.

O, Zelenskinin özünü Putinlə müqayisə etməyə çalışdığını deyib:

“Ukrayna prezidenti Vladimir Zelenski bütün xalq tərəfindən dəstəklənən Rusiya lideri Vladimir Putin kimi olmaq istəyir,  lakin bu, onda alınmır”, – Peskov vurğulayıb.

Rusiya Prezidentinin sözçüsü əlavə edib ki, Zelenski yenidən dominant dəstək almağa çalışır:

“O, Prezident Putin kimi olmaq istəyir. Çalışır ki, bütün xalq Zelenskini dəstəkləsin. Amma bu, alınmır. Ukraynada getdikcə daha çox insan Zelenski hakimiyyətinin nəyisə səhv etdiyini düşünməyə başlayır”, – deyə Peskov fikirlərini tamamlayıb.скачать dle 12.1