Bia.Az

MKİ ”işçi” axtarır: qəribə şərt qoyuldu – Kremldən reaksiya

Dünya
 24-01-2024, 00:51     154

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) işə qəbulla bağlı rus dilində video yayımlayıb.

Globalinfo.az xəbər verir ki, MKİ-nin işə qəbul şərtləri hər kəsi təəccübləndirib.

Belə ki, yayımlanan videoda ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi Rusiya kəşfiyyatçılarını əməkdaşlığa dəvət edib. Tək şərt kimi isə onların öz ölkələrinə xəyanət edərək MKİ-yə işləmələri irəli sürülüb.

MKİ xüsusən Rusiya tərəfindən xəyanətə uğradılan insanları hədəfləyir. Onların daxildəki korrupsioner və rüşvətxor rejimin hərəkətlərindən bezdiklərini göstərməyə çalışır.

ABŞ-ın Kəşfiyyat İdarəsi tərəfindən yayımlanan videoda da bu xüsusiyyətləri özündə daşıyan uydurma personaj dindirilir.

Qeyd edək ki, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Berns hələ ötən ilin iyulunda verdiyi açıqlamada Ukraynadakı müharibə ilə əlaqədar bəzi ruslar arasında yaranan narazılığın casusları işə götürmək üçün əsl fürsət olduğunu diqqətə çatdırıb. O, MKİ-nin bu fürsəti əldən verməyəcəyini bildirib.

MKİ tərəfindən yayılan videoya Kremlin sözçüsü Dmitri Peskov belə reaksiya verib.

“Dünyada bu praktika çox yayılıb. Kəşfiyyat agentlikləri tez-tez media və sosial şəbəkələrdən yeni casusları işə götürmək üçün istifadə edirlər. MKİ bu addımı hər il atır. Ancaq onlar bu videonu sosial media platformasında yayımlamaqla səhvə yol veriblər”, – Peskov fikirlərini tamamlayıb.скачать dle 12.1