Bia.Az

Pentaqon bəyan etdi: Ukraynaya şad xəbər

Dünya
 24-01-2024, 00:49     158

“Qərb Ukraynaya ilk partiya F-16-ları vermək niyyətindədir”.

Globalinfo.az xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.

ABŞ müdafiə nazirinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə köməkçisi Selest Uollander qeyd edib ki, qırıcı-bombardmançı təyyarələrin Ukraynaya verilməsi planlaşdırılır.

“Biz 2024-cü ildə Ukraynanı F-16 proqramı üçün ilkin əməliyyat hazırlığına çatdırmağı hədəfləyirik. Buraya təyyarəçilərin təlimi, platformalar, texniki təlimlər, infrastruktur və ehtiyat hissələri daxildir. Ukraynalı pilotlara F-16-ları idarə etmək üçün təlim keçilir”, – deyə Uollander vurğulayıb.

Məlumatda o da bildirilib ki, hazırda altı ukraynalı pilot Danimarkada Amerika qırıcılarını idarə etmək üçün təlim keçir.

Ukrayna hakimiyyəti 2024-cü ilin birinci yarısında döyüş təyyarələrini alacağına ümid bəslədiyini açıqlayıb.скачать dle 12.1