Hakan Fidan Nyu-Yorkda rusiyalı həmkarı Lavrovla görüşüb

Türkiyənin xarici işlər naziri Hakan Fidan Nyu-Yorkda Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ilə görüşüb.
Bizimyol.info xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat verib.
Bildirilir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının Fələstinlə bağlı iclasında iştirak etmək üçün Nyu-Yorka səfər edən xarici işlər naziri Hakan Fidan toplantıdan əvvəl Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ilə ikitərəfli görüş keçirib.
İclasda hər iki ölkənin nümayəndə heyətləri də iştirak edib.