Britaniya polisi Rusiya, Çin və İrandan gələn təhdidlərə qarşı xüsusi bölmə yaradıb

Britaniya polisi İran, Çin və Rusiya başda olmaqla bir sıra dövlətlərdən gəldiyi iddia edilən təhdidlərlə mübarizə üzrə ixtisaslaşacaq yeni bölmə yaradıb.
Bizimyol.info xəbər verir ki, bunu "Sky News"a istinadən "Scotland Yard" rəhbərinin müavini Mett Jukes deyib.Jukesin sözlərinə görə, casusluq və düşmən dövlətlərin Britaniyanın daxili işlərinə müdaxilə təhlükəsi son illərdə “soyuq müharibədən” bəri görünməmiş səviyyəyə yüksəlib. Onun sözlərinə görə, yeni mütəxəssis polis qüvvələri xarici təhdidlərə qarşı Böyük Britaniya təhlükəsizlik cəmiyyətində ən açıq qüvvə olacaq: "Mən konkret bildirmək istəyirəm. Söhbət İran, Çin və Rusiyanın bəzi dövlət strukturlarından gedir", - dey- o qeyd edib.
Jukes həmçinin qeyd edib ki, "Scotland Yard"ın bu xarakterli təhdidlərlə məşğul olan iş yükü 2018-ci ilin sonundan bəri dörd dəfə artıb. Britaniya tərəfinin məlumatına görə, Solsberidə olarkən Rusiyada Böyük Britaniyaya casusluqda təqsirli bilinən keçmiş Rusiya Baş Kəşfiyyat İdarəsinin polkovniki Sergey Skripal və onun qızı Yuliya əsəb pozan maddə ilə zəhərlənib.
Jukes, eləcə də, son iki ildə İran və onun təhlükəsizlik qüvvələrinin hərəkətlərinin Böyük Britaniyada yaşayan insanlara “birbaşa təhlükə” yaratdığı 15 hadisəni qeyd edib. Bundan əlavə, o, İsrailin Qəzza zolağındakı əməliyyatının Böyük Britaniyanın bəzi sakinlərinin radikallaşmasına və onları terrora sövq edə biləcəyindən ehtiyat etdiyini bildirib.
Polis və kəşfiyyat orqanlarının qeyd etdiyi xaricdən gələn təhdidlərin artması hökumətin 2024-cü ilin ikinci yarısına təyin etməyi planlaşdırdığı Britaniya parlamentinə seçkilərin yaxınlaşması ilə əlaqədar hakimiyyət orqanlarını xüsusilə narahat edir.