De Qollun nəvəsi hesab edir ki, Fransa "BRİKS"ə üzv olmalıdır

Fransanın eks-prezidenti general Şarl de Qollun (1890-1970) nəvəsi Pyer de Qoll hesab edir ki, respublika BRİKS-ə qoşulmalıdır.
Bizimyol.info xəbər verir ki, bu barədə o, "Franko-Rusiya Dialoqu" assosiasiyasının dərc etdiyi müsahibəsində qeyd edib.“Fransanın "BRICS"ə qoşulmaq ona NATO-nun nəzarəti və Anglo-Sakson maliyyə bazarından asılılığa alternativ imkan yaradacaq. Fransa həm də Avropa ölkələrinin maraqlarına məhəl qoymayan və avropalıların milli kimliyini Brüssel texnokratiyasının pəncəsində əritməyə çalışan Aİ-nin inzibati maşınına tabe olmaqdan xilas ola bilər”, - deyə Pyer de Qoll bildirib.
“Böyük layihə olan "BRICS"də Fransa tarixi irsi sayəsində dünya dövləti kimi haqlı rolunu oynaya bilər”, deyə o qeyd edib. Eks-prezidentin nəvəsinin fikrincə, bu, Fransaya “general Şarl de Qollun planlarına uyğun olaraq dünya səhnəsində beynəlxalq arbitr kimi çıxış etməyə” imkan verər.
Pyer de Qollun sözlərinə görə, Birləşmiş Ştatlar “özünü tükəndirib”. “Əgər islahat etməsələr, dünya siyasətinin digər mərkəzləri onları arxa plana keçirəcək. ABŞ-ın tətbiq etdiyi sanksiyalar Avropa ölkələrini yoxsullaşdırır, onları iqtisadi tənəzzülə, qiymət artımına və enerji təchizatı problemlərinə məhkum edir. Birləşmiş Ştatlar Rusiyanın Qərbdən fərqli olaraq öz modeli ilə inkişaf etməsi ilə heç vaxt barışa bilməyib”, - deyə generalın nəvəsi qeyd edib.
Pyer de Qoll əlavə edib ki, Rusiya Avropasız yaşaya bilər, lakin Avropaya Rusiyasız yaşamaq çətin olar.
Rusiya mətbuatı qeyd edir ki, "BRICS" qrupu 2006-cı ildə yarandığı gündən bu yana iki genişlənmə dalğasından keçib. 2011-ci ildə Cənubi Afrika Braziliya, Rusiya, Hindistan və Çinin daxil olduğu orijinal sıraya qoşulub. 2024-cü il yanvarın 1-də Rusiyanın sədrliyi ilə beş yeni üzv BRİKS-də tam hüquqlu fəaliyyətə başladı: Misir, İran, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Efiopiya.
Qeyd: Pyer de Qoll, Beşinci Respublikanın banisi və ilk prezidenti Şarl de Qollun oğlu, admiral Filipp de Qollun dörd oğlundan biridir. Parisdə Ali Ticarət Məktəbini bitirib. 2023-cü ildə 60 yaşını qeyd edən iqtisadçı və politoloq Fransanın bir sıra aparıcı müəssisələrində strategiya üzrə məsləhətçi olub.