Bia.Az

Bu ərazinin taleyi mübahisə yaratdı: Razılıq əldə edilməsə…

Dünya
 20-01-2024, 16:19     225

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ mətbuatında dərc olunan “Vaşinqton Netanyahudan sonra Fələstin dövlətinin qurulması üçün hazırlıq görür” başlıqlı xəbərə münasibət sərgiləyib. Belə ki, o, “Mən 30 ildir ardıcıl olaraq bir şeyi deyirəm. Bu münaqişə dövlətin yoxluğundan deyil, mövcudluğundan davam edir. Birləşmiş Millətlər Təşkilatı (BMT) başda olmaqla beynəlxalq ictimaiyyətin qəbul etdiyi iki dövlətli həll təkliflərini rədd edirik. Bu barədə fikrimizi ABŞ rəhbərliyinə çatdırmışıq” deyib.

Netanyahunun sözlərinə görə, İsrailin bütün Qəzza üzərində nəzarətinə imkan verəcək razılaşmanı qəbul edəcək. Eyni zamanda İsrail Qəzzaya hücumlar bitdikdən sonra İordaniyanın qərbindəki bütün torpaqları nəzarət altına ala bilər.

BİA.az xəbər verir ki, mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, Qəzzadakı müharibədən sonra Fələstinin taleyinin necə olacağı hazırda bütün dünyanı düşündürür:

Kənan Novruzov
“Əsas ehtimal iki hakimiyyətliliklə bağlıdır. ABŞ dövlət katibi Entoni Blinken daha əvvəl bildirmişdi ki, müstəqil Fələstin dövlətinin yaranmasına ehtiyac var. Netanyahu isə bunu rədd edir. Ümumiyyətlə, İsrail indiki məqamda kifayət qədər radikal davranır. Bu, gələcək üçün təhlükəli ola bilər.

Hazırda İsrailin əsas dəstəkçilərindən biri ABŞ-dır. Çünki Ağ Evin konkret məqsədləri var: ərəb dünyasına qarşı mübarizə aparır, HƏMAS və “Hizbullah”ı məhv etmək, Yaxın Şərqdəki mövqelərini gücləndirmək istəyir. Amma gələcəkdə, xüsusilə müharibədən sonra ABŞ-la İsrail arasında ziddiyyət yarana bilər. Biz oxşar ssenarini Şərqi Avropada da gördük: ABŞ artıq Ukraynanı tək qoyur. Çünki məlum oldu ki, Vaşinqton Kiyevdən sadəcə öz məqsədləri üçün istifadə edir”.

Ekspert deyib ki, Yaxın Şərqdəki müharibə tez bir zamanda başa çatmayacaq:

“Əksinə, savaşın miqyası genişlənəcək. Çünki böyük dövlətlərin hər birinin, o cümlədən ABŞ-ın, İranın, Türkiyənin, Rusiyanın Yaxın Şərqlə bağlı öz maraqları var. Onlar bu maraqları naminə prosesə müdaxilə etmək istəyirlər. Bu isə durumu daha da gərginləşdirir. Müharibənin nəticəsinin necə olacağını indidən demək çətindir. Düşünürəm ki, ayrıca HƏMAS kimi təşkilatlardan təcrid olunmuş müstəqil Fələstin dövlətinin yaranmasına ehtiyac var”.скачать dle 12.1