Bia.Az

Avropada qan gölünə çevrilə bilər: “NATO Rusiyaya gizli hücuma hazırlaşır” iddiası ciddiləşir

Dünya
 20-01-2024, 14:54     230

Fransanın “Patriot” hərəkatının rəhbəri Florian Filippot NATO-nun hərbi komitəsinin rəhbəri Rob Bauerin Rusiya ilə müharibəyə hazırlıqla bağlı sözlərini şərh edərkən bildirib ki, NATO Rusiyaya gizli hücuma hazırlaşır.

Ümumiyyətlə son zamanlar Rusiyanın NATO-ya hücuma hazırlaşdığı, yaxud NATO-nun Rusiyaya hücum edəcəyi fikirləri səsləndirilir.
Maraqlıdır, bu iddialar nə qədər doğrudur?

Globalinfo.az-a danışan siyasi şərhçi Əli Zülfüqarlı deyib ki, NATO-nun Rusiyaya hücumları çoxdan başlayıb və davam edir:

“Ukraynada Rusiya mövqelərinə hücum edən və dirənən elə NATO-dur. NATO-nun Rusiyaya hücum etməsi, yaxud Rusiyanın NATO-ya hücum etməsi yeni məsələ deyil. Bu sadəcə olaraq açıq formada deyil, gizli formada aparılır.


Əli Zülfüqarlı
Əgər NATO Rusiyaya hücum edərsə, bu, ilk növbədə legitim olmalıdır. Yəni Rusiya NATO-ya üzv olan hər hansı bir dövlətə hücum etməlidir ki, NATO-nun 5-ci maddəsi işə düşsün. Bunun isə dünyanı hara sürükləyəcəyini təxmin etmək elə də çətin deyil. Yəni Vaşinqton istəyir ki, dünyanın müxtəlif bölgələrində hərbi toqquşmalar, dağıntı və xaos məhz onun kontrolunda olsun.

Hələ ki, buna müəyyən mənada nail ola bilib. Amma bu yaxın perspektivə qədər davam edəcək. Çünki Yaxın Şərqdə artıq Qərbə qarşı olan qüvvələr getdikcə güclənir. Proseslər balansın antiqərb koalisiyasının əleyhinə davam edir. Bu baxımdan NATO, yəni ABŞ və onun hazırda boyunduruğu altında olan Fransa və Almaniya kimi dövlətlər yalnız pərdəarxasında hərbi dəstəyə üstünlük verirlər və bu hələ ki, belə də davam edəcək. Açıq formada isə yalnız siyasi dəstək və silah dəstəyi verilməsi ictimaiyyətə təqdim edilir.

Əslində Rusiya və digər dövlətlər ABŞ mərkəzli NATO-nun Rusiyaya qarşı hər cür hücumlar etdiyini, peşəkar hərbçilər və muzdlulardan da istifadə etdiyini çox yaxşı bilirlər”.скачать dle 12.1