Bia.Az

Makrondan: "Rusiyanın qələbəsi Avropanın təhlükəsizliyinin sonu olar"

Dünya
 20-01-2024, 14:36     283

Fransa prezidenti Emmanuel Makron bildirib ki, Moskva administrasiyası Ukrayna-Rusiya müharibəsində qalib gəlsə, bu, Avropanın təhlükəsizliyinin sonu demək olacaq.


BİA.az Bizimyol.info-a istinadən xəbər verir ki, Makron bunu ölkənin Kanal əyalətindəki Çerburq-en-Kotentindəki Hərbi Dəniz Bazasında əsgərləri ilə görüş zamanı deyib.

Burada çıxış edən Makron: "Biz Rusiyaya qarşı müharibə aparmırıq, lakin bizim vəzifəmiz Kremlin qələbəsini qeyri-mümkün etməkdir", - deyə bildirib.

Ukrayna-Rusiya müharibəsi ilə bağlı Makron: “Rusiyanın qələbəsi ilə Avropanın təhlükəsizliyi başa çatar. Biz Avropa dövlətləri buna imkan verə bilmərik, bunun üçün lazım olan hər şeyi etməliyik”, - deyib.

Yaxın Şərqdəki vəziyyətə toxunan Makron Fransanın Qırmızı dənizdə naviqasiya azadlığını müdafiə etdiyini və ölkəsinin bölgədəki mövcudluğunun “effektiv” olduğunu dəyərləndirib.

Makron, Qəzzada yaralıların müalicəsi üçün xəstəxana xidməti göstərmək üçün nəzərdə tutulmuş Fransanın "Dixmude" helikopter gəmisində 1000-dən çox fələstinlinin yerləşdirildiyi və 120-dən çox ağır yaralının müalicə olunduğunu açıqlayıb.

Fransa prezidenti ordunun büdcəsinin 2017-ci ildən bəri iki dəfə artdığını bəyan edib. Makronun çıxışı zamanı onun arxasında dayanan qadın özünü pis hiss edib. Qadına tibbi yarım edilərkən Makron çıxışına qısa fasilə verib. Makron çıxış edərkən onun arxasında jandarmların da olduğu bir qrup şəxs dayanıb.скачать dle 12.1