Bia.Az

Son dəqiqə: Pakistanla İran arasında münaqişə bitdi

Dünya
 20-01-2024, 01:15     210

İranın xarici işlər naziri Hüseyin Əmir-Abdullahian ilə pakistanlı həmkarı Cəlil Abbas Cilani Arasında telefon danışığı olub.

Globalinfo.az xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.

Bildirilib ki, söhbət zamanı Əmir-Abdullahian Pakistanın suverenliyi və ərazi bütövlüyünün İran üçün vacibliyini, həmçinin Pakistan ərazisində terror düşərgələrinin zərərsizləşdirilməsi üçün iki ölkənin əməkdaşlığının zəruriliyini vurğulayıb.

İran xarici işlər nazirinin sözlərinə görə, Pakistan ərazisinə raket zərbələrinin endirilməsi İrana qarşı terror təhlükəsini neytrallaşdırmaq məqsədi daşıyıb.

Pakistanın XİN başçısı da öz növbəsində terrorçuluqla mübarizədə ümumi yanaşmanın iki ölkə arasındakı əməkdaşlığın əsasını təşkil etdiyini deyib. O, Pakistanın həmişə İranla qardaşlıq və konstruktiv əlaqələrə önəm verdiyini vurğulayıb.

Cəlil Abbas Cilani Əmir-Abdullahianı İslamabada səfərə dəvət edib.

XİN rəhbərləri arasındakı danışıqlardan və Pakistanın Milli Təhlükəsizlik Komitəsinin bugünkü iclasından sonra İranla əlaqələrin bərpası istiqamətində razılığa gəlinib.

Pakistan Nazirlər Kabinetinin üzvləri siyasi və hərbi liderlərin İran İslam Respublikası ilə tam diplomatik əlaqələrin bərpası istiqamətindəki yekun qərarı ilə razılaşıblar.

İclasda həmçinin iki ölkənin səfirlərinin geri qaytarılması ilə bağlı da yekun qərar qəbul olunub.

Qeyd edək ki, İslamabadda müvəqqəti hökumətin baş naziri Ənvarul Haque Kakarın sədrliyi ilə Pakistan Milli Təhlükəsizlik Komitəsinin fövqəladə iclası keçirilib. Pakistan Milli Təhlükəsizlik Komitəsinin qərarına əsasən, bu ölkə İranla diplomatik əlaqələri tam səviyyədə bərpa edib.скачать dle 12.1