Bia.Az

NATO-ya SƏRT CAVAB: “Rusiya ilə münaqişə onların məhvi olacaq”

Dünya
 20-01-2024, 01:08     198

“NATO nümayəndəsinin Rusiya ilə münaqişəyə hazırlaşdıqlarını deməsi dəlilikdir”.

Globalinfo.az xəbər verir ki, bu barədə RF OP yanında Yeni Regionların İnteqrasiyası üzrə Koordinasiya Şurasının həmsədri Vladimir Roqov deyib.

O, NATO-nun hərbi komitəsinin rəhbəri Rob Bauerin yaxın 20 ildə Rusiya ilə münaqişəyə hazırlıq getdiyi barədə səsləndirdiyi fikirə cavab verib:
“Qərb elitasının çılğınlığının sərhədi yoxdur. Ancaq Rusiya ilə münaqişə onların hamısının məhvi demək olacaq. Onları yalnız bu gerçəkliyi başa salmaqla dayandırmaq olar”, – Roqov vurğulayıb.

O, Sovet İttifaqı ilə qarşıdurma illərində Qərb strateqləri tərəfindən hazırlanan “qəbuledilməz zərər” konsepsiyasından da danışıb.

“Qərb çox yaxşı başa düşürdü ki, Sovet İttifaqına hücum etsələr, sağ qala bilməyəcəklər”, – Roqov qeyd edib.

Xatırladaq ki, Rob Bauer NATO-nun  yaxın 20 ildə Rusiya ilə münaqişəyə hazırlığı barədə fikir səsləndirmişdi.скачать dle 12.1