Bia.Az

Orbandan LGBT AÇIQLAMASI: “Heç kim bizi məcbur edə bilməz”

Dünya
 20-01-2024, 00:50     192

Macarıstanın baş naziri Viktor Orban Avropa Birliyinin ölkəsinə ayırdığı 20 milyard avroluq vəsaiti bloklamaqda ittiham edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Baş nazir paylaşdığı videoda qeyd edib.

Orban bildirib ki, Avropa İttifaqı Macarıstanın immiqrant qəbul etmədiyi və LGBT təşkilatlarına ölkəyə girişə icazə vermədiyi üçün belə addım atıb:

“Dünyada heç kim bizi  uşaqlarımızı LGBT fəallarına təslim etməyə məcbur qoya bilməz”, – deyə Orban vurğulayıb.

Sözügedən 20 milyard avroluq vəsaitin macar xalqına aid olduğunu deyən Orban, bu vəsaitini verməkdən imtina edən Avropa Komissiyasının Prezidenti Ursula von der Leyeni məzəmmət edib.

O, Qərbi Avropa dövlətlərindəki mühacir probleminin öz ölkəsində yaranmasına icazə verməyəcəyini diqqətə çatdırıb:

“Dünyada heç bir məbləğdə pul bizi uşaqlarımızı və ya nəvələrimizi LGBT fəallarının əlinə buraxmağa məcbur edə bilməz. Bu, qeyri-mümkündür”, – deyə Orban fikirlərini tamamlayıb.скачать dle 12.1