Bia.Az

"Ermənistandan hərbi bazamızın çıxarılmasından söhbət gedə bilməz" - Rusiya səfiri MEYDAN SULADI

Dünya
 19-01-2024, 21:36     176

Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin Ermənistanla bağlı diqqət çəkən açıqlamalar verib.

O, RİA Novosti-yə müsahibəsində deyib ki, Ermənistanda yerləşən Rusiya hərbi bazasının ölkədən çıxarılmasından söhbət gedə bilməz.

"Belə siqnallardan xəbərim yoxdur. Mən Ermənistan tərəfdən verilən rəsmi açıqlamalar orientasiya oluram, xüsusən də bazanın çıxarılmasından söhbət gedə bilməz. Rusiya tərəfdən də belə siqnallar olmayıb", - Səfir Gümrüdəki Rusiya bazasının bağlanması və Rusiya sərhədçilərinin geri çəkilməsi ilə bağlı İrəvandan hər hansı siqnalın olub-olmaması ilə bağlı sualı cavablandırarkən vurğulayıb.

Qeyd edək ki, söhbət 102-ci hərbi bazadan gedir. Bu baza Moskva ilə İrəvan arasında 1995-ci ildə imzalanmış dövlətlərarası müqaviləyə əsasən Ermənistanda fəaliyyət göstərir. 2010-cu il avqustun 20-də hər iki ölkə bazanın qalması haqqında sazişin müddətini 2044-cü ilə qədər uzadıb. Gümrüdəki 102-ci Rusiya hərbi obyektin hava komponenti isə İrəvanda yerləşən Erebuni aviabazası sayılır. Aviabazanın şəxsi heyəti MDB ölkələrinin Birləşmiş Hava Hücumundan Müdafiə Sisteminə uyğun olaraq hava hücumundan müdafiə üzrə döyüş növbətçiliyi çəkir.

AzVision.az
скачать dle 12.1