Bia.Az

Cənubi Qafqaz önəmlidir: qoşunlarımızı çıxarmırıq – Kopırkin

Dünya
 19-01-2024, 11:10     156

“Rusiya Ermənistanla Azərbaycan arasında sülhün əldə olunması üçün maksimum dərəcədə yardım göstərməyə hazırdır”.

Globalinfo.az xəbər verir ki, bu sözləri Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin deyib.

“Cənubi Qafqaz bizim üçün çox vacib regiondur. Sülhün, sabitliyin və firavanlığın olması həyati maraqlarımıza uyğundur”, – Kopırkin bildirib.

O həmçinin vurğulayıb ki, Rusiya hərbi bazasının Ermənistandan çıxarılması gündəmdə deyil:

“Belə siqnallar almırıq. Mən Ermənistandan verilən rəsmi bəyanatları rəhbər tuturam”.скачать dle 12.1