Bia.Az

Rusiya bazasının Ermənistandan çıxarılmasından söhbət gedə bilməz - Rusiyalı səfir

Dünya
 19-01-2024, 10:32     191

Rusiya hərbi bazasının Ermənistandan çıxarılmasından söhbət gedə bilməz.

Bizimyol.info xəbər verir ki, bu barədə ölkəsinin mətbuatına Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin bildirib.

“Belə siqnallardan xəbərim yoxdur. Mən Ermənistan tərəfinin verdiyi rəsmi bəyanatları rəhbər tuturam, xüsusən də bazanın çıxarılmasından söhbət gedə bilməz. Rusiya tərəfdən də belə siqnallar olmayıb”, - deyə səfir Gümrüdəki Rusiya bazasının bağlanması və Rusiya sərhədçilərinin geri çəkilməsi ilə bağlı İrəvandan hər hansı siqnalın olub-olmaması ilə bağlı sualı cavablandırarkən qeyd edib.

Xatırladaq ki, Rusiyanın 102-ci hərbi bazası Moskva ilə İrəvan arasında 1995-ci ildə imzalanmış dövlətlərarası müqaviləyə əsasən Ermənistanda yerləşdirilib. 2010-cu il avqustun 20-də Rusiya Federasiyası və Ermənistan bazanın yerləşdirilməsi haqqında sazişin müddətini 2044-cü ilə qədər uzadıb.

Gümrüdəki 102-ci Rusiya hərbi bazasının hava komponenti İrəvanda yerləşən Erebuni aviabazasıdır. Aviabazanın şəxsi heyəti MDB ölkələrinin Birləşmiş Hava Hücumundan Müdafiə Sistemində hava hücumundan müdafiə üzrə döyüş növbətçiliyindədir.


Qeyd: Ermənistandan Rusiya hərbi bazasını və qoşunlarını ərazisindən çıxarmaq istəməsi barədə xəbərlər vaxtaşırı erməni mətbuatında müzakirə edilir. Paşinyan tərəfdarları bunun tezliklə baş vrməsini istəsələr də, həm Eermənistanın Türkiyə və Azərbaycanla soyuq münasibəti, həm ölkədə Rusiyanın nəzarətində olan kifayət qədər strateji obyetlərin olması, həm də ruspərəst siyasi qüvvələrin ölkədə hələ də müəyyən gücə sahib olmaları Qərbə inteqrasiya tərəfdarı olan hazırkı hakimiyyəti məcbur edir ki, məsələni əlverişli şərait yaranana qədər arxa plana atsın. Ermənistan ilk fürsətdə Rusiyadan tamamən üz döndərəcək. Artıq bunun konturları görünür.скачать dle 12.1