Bia.Az

Şimali Koreya "Haeil-5-23" sualtı nüvə silah sistemini sınaqdan keçirir

Dünya
 19-01-2024, 10:01     170

Koreya Xalq Demokratik Respublikası (KXDR) hakimiyyəti ABŞ, Yaponiya və Cənubi Koreyanın təlimlərinə cavab olaraq "Haeil-5-23" sualtı nüvə silah sistemini sınaqdan keçirib.

Bizimyol.info xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.

“Yanvarın 15-dən üç gün ərzində Amerikanın “Karl Vinson” nüvə təyyarədaşıyan gəmisi, “Aegis” çoxfunksiyalı döyüş sistemi ilə təchiz edilmiş “Princeton” kreyseri, Yaponiya Özünümüdafiə Qüvvələrinin və Koreya Respublikasının Hərbi Dəniz Qüvvələrinin gəmiləri Jeju adasının ətrafında yenidən birgə hərbi dəniz təlimləri keçirib. Buna cavab olaraq, KXDR Milli Müdafiə Akademiyasının Sualtı Silah Sistemləri İnstitutu Şərq dənizində (Yaponiya dənizi) hazırlanmaqda olan "Heil-5-23" sualtı nüvə silahı sisteminin mühüm sınağını keçirib”, - deyə KCNA-nın mesajında qeyd edilir.
Agetlik həmçinin vurğulanır ki, KXDR ordusunun sualtı nüvə reaksiyasına hazırlığı yaxşılaşır və buna görə də dənizin üstündə və altındakı müxtəlif cavab tədbirləri ABŞ Hərbi Dəniz Qüvvələri və onun müttəfiqlərinin düşmən hərbi hərəkətlərinin qarşısını almağa davam edəcək.
24 mart 2023-cü il tarixində "Koreyanın Səsi" radiosu bildirib ki, KXDR martın 21-dən 23-dək nüvə yükü daşıya bilən yeni sualtı pilotsuz gəmini sınaqdan keçirib və partlayışdan sonra bu, radioaktiv sunami yarada bilər. Qeyd edilib ki, bu nüvə silahı ilə təhciz edilmiş gizli pilotsuz sualtı hücum gəmisidir.

Onun missiyası “gizli şəkildə su altında üzmək və düşmən gəmi və liman qrupunu məhv etmək üçün sualtı partlayış vasitəsilə super güclü radioaktiv sunami yaratmaqdır”.скачать dle 12.1