Bia.Az

Natanyahudan ABŞ-ın “Fələstin dövləti” planına REAKSİYA: “Rədd edirik”

Dünya
 19-01-2024, 01:30     217

“Qəzzaya hücumlardan sonra hər hansı bir şəkildə Fələstin dövlətinin qurulmasının əleyhinəyik”.

Globalinfo.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu bildirib. O, bu barədə fikirlərini ABŞ rəhbərliyinə çatdırdığını deyib.

Təl-Əvivdə keçirdiyi mətbuat konfransında çıxış edən Netanyahu Həmas üzərində qəti qələbə əldə olunana qədər Qəzza zolağına hücumları davam etdirəcəklərini diqqətə çatdırıb.

İsrailin Baş naziri ABŞ mətbuatında dərc olunan, “Vaşinqton Netanyahudan sonra Fələstin dövlətinin qurulması üçün hazırlıq görür” başlıqlı xəbərə də münasibət sərgiləyib:

“Mən 30 ildir ardıcıl olaraq bir şeyi deyirəm. Bu münaqişə dövlətin yoxluğundan deyil, mövcudluğundan davam edir. Birləşmiş Millətlər Təşkilatı (BMT) başda olmaqla beynəlxalq ictimaiyyətin qəbul etdiyi iki dövlətli həll təkliflərini rədd edirik. Bu barədə fikrimizi ABŞ rəhbərliyinə çatdırmışıq”, – Netanyahu vurğulayıb.

Netanyahunun sözlərinə görə, İsrailin bütün Qəzza üzərində nəzarətinə imkan verəcək razılaşmanı qəbul edəcək. Eyni zamanda İsrail Qəzzaya hücumlar bitdikdən sonra İordaniyanın qərbindəki bütün torpaqları nəzarət altına ala bilər:

Bu fikrin də beynəlxalq suverenlik ideyasına zidd olduğunu deyirlər. Amma biz heç nə edə bilmərik”, – Baş nazir vurğulayıb.

Xatırladaq ki, ABŞ-ın “NBC News” telekanalında yayımlanan xəbərdə ABŞ rəhbərliyinin Netanyahudan sonrakı dövrə hazırlaşdığı iddia edilib.скачать dle 12.1