Bia.Az

Zelenskinin aqibəti ilə bağlı şok proqnoz yayıldı: Dəhşətli son…

Dünya
 19-01-2024, 01:08     210

“Zelenskinin qibtə olunmayacaq taleyi proqnozlaşdırılır”.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş analitiki Larri Conson “Dialogue Works” YouTube kanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, Ukrayna prezidenti ya hərbi çevriliş nəticəsində məhv ediləcək, ya da hansısa tənha yerə qaçacaq:

“Ukrayna batmaqda olan gəmidir və onu təmir etmək mümkün deyil. Hələlik qismən suyun üzərindədir. Doğrudur, müəyyən dövlətlər Ukraynanı hələ də suyun üstündə saxlamağa çalışır. Amma Zelenskinin çox vaxtı yoxdur. Ukrayna getdikcə suyun dibinə qərq olur”, – deyə Conson vurğulayıb.

Amerikalı analitik Zelenskinin aqibəti ilə bağlı sualı belə cavablandırıb:

“Reallıq budur ki, ABŞ Zelenski ilə maraqlanmır. Ukrayna Prezidenti İstifadə olunmuş salfet kağızı kimi atılacaq. Yəni ABŞ öz məqsədinə çatdıqdan sonra Zelenskini bir kənara atacaq. Bu, onun başına gələcək. Ancaq Zelenskinin hərbi çevriliş nəticəsində öldürüləcəyi, yoxsa sağ qalaraq hansısa tənha adaya qaçacağı bəlli deyil. Ola bilər ki, İsveçrəyə və ya İtaliyaya üz tutacaq. Reallıq isə budur ki, onun ABŞ-da böyük ictimai dəstəyi yoxdur. İnsanlar Zelenskini dəstəkləmək və xilas etmək tələbi ilə küçələrə çıxmırlar”, – deyə Larri Conson fikirlərini tamamlayıb.скачать dle 12.1