Bia.Az

Danilov: Ukrayna xaricdən hərbi xidmətə cəlb olunanları zorla geri qaytara bilməz

Dünya
 18-01-2024, 17:54     268

Ukrayna hərbi xidmətə çağırış prosesini daha ədalətli etmək üçün səfərbərlik haqqında qanuna dəyişiklik etməlidir.


Bizimyol.info xəbər verir ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov bildirib ki, yeni qanun Ukrayna ordusu sıralarına qoşulanlar üçün ədalətli olmalıdır.

“Ukraynada səfərbərlik 2022-ci il fevralın 24-də hərbi vəziyyətin tətbiqindən dərhal sonra elan edilib və bu günə qədər davam edir. İndi prosesin daha ədalətli olması üçün bəzi düzəlişlər edilməlidir. Yeni qanun layihəsinin ciddi narazılıq yaradacağını düşünmürəm. Sadəcə olaraq, insanlar hələ sənədin son variantını görməyiblər və onların fərqli fikirləri var. Amma əminəm ki, yeni qanun, ilk növbədə, Ukrayna Silahlı Qüvvələrinin sıralarına qoşulanlar üçün ədalətli olacaq”, - deyə bildirib.

Danilov qeyd edib ki, indi qanun layihəsinin Ali Radanın müzakirəsinə nə vaxt çıxarılacağı xalq deputatlarından asılıdır.

Müdafiə Şurasının katibi katibi ayrıca, hazırda xaricdə olan ukraynalıların orduya çağırılması məsələsini şərh edib: “Biz başa düşürük ki, başqa ölkənin ərazisində olan şəxs də həmin ölkənin qanunlarına tabedir. Biz onların geri qayıtmasını istərdik, amma məcbur edə bilmərik. Hərbi təcavüzdən əziyyət çəkən vətəndaşın rəsmi olaraq qaçqın statusu varsa, biz müdaxilə edə bilməyəcəyik. Axı hər bir ölkənin qaçqın statusu olan insanlarla bağlı öz qanunları var”, - Danilov əlavə etdi.

Ukraynada 2022-ci ilin sonunda hərbi qeydiyyat üçün yeni qaydalar təsdiq edildi, məqamlardan biri xaricdə hərbi xidmət keçməli olan ukraynalılara aiddir - onların ölkəyə qayıtmasının asanlaşdırılması.

Vəkil Andrey Novak bildirib ki, xaricdə heç kimin ukraynalılara çağırış vərəqələri təqdim etmək səlahiyyəti yoxdur. O, həmçinin bildirib ki, Ukraynaya hərbi xidmət keçməli olan şəxsi geri qaytarmaq mümkün deyil.

Bundan əlavə, vəkil Taras Nikiforçuk bəyan edib ki, əgər şəxs başqa dövlətin ərazisinə qanuni və ya qeyri-qanuni yolla daxil olarsa, onun geri qaytarılması üçün qanuni əsaslar lazımdır.скачать dle 12.1