Bia.Az

Macarıstan: Ukraynadakı münaqişəin qalibi olmayacaq

Dünya
 18-01-2024, 17:31     241

"Macarıstan hökuməti ölkə prezidenti Katalin Novak və baş nazir Viktor Orbanın Ukrayna münaqişəsi ilə bağlı bəyanatlarında heç bir ziddiyyət görmür və hesab edir ki, bunrada qalib ola bilməz".

Bizimyol.info xəbər verir ki, bu barədə jurnalistlərlə görüşündə Macarıstanın baş nazirinin aparatının rəhbəri Qergeli Qulyas məlumat verib.
Ondan Davosda keçirilən Dünya İqtisadi Forumunda Novakın Ukrayna münaqişəsində “Rusiya qalib gələ bilməz” bəyanatına münasibət bildirməsi istənilib. Jurnalistlər xatırladıblar ki, Orban əvvəllər Ukraynanın qələbəsinin mümkünsüzlüyü barədə danışıb: “Biz heç kimin bu münaqişədə qalib gələcəyini gözləmirik. Yalnız uduzanlar ola bilər; hər iki tərəfdən çoxlu insan ölür”, - deyə Qulyas cavab verib.

Macarıstan hökuməti dəfələrlə bəyan edib ki, onlar belə düşünürlər ki, Ukrayna münaqişəsi döyüş meydanında həll edilə bilməz və sülh danışıqlarına tez bir zamanda başlamaq üçün atəşkəsə nail olmaq lazımdır. Orban bu mövqeyini dəfələrlə öz çıxışlarında bildirib, Novak bunu Davosda təsdiqləyib.скачать dle 12.1