Bia.Az

Pakistan BƏYANAT yaydı – İrana hücum…

Dünya
 18-01-2024, 12:12     174

“Pakistan İran İslam Respublikasının suverenliyi və ərazi bütövlüyünə hörmət edir”.

Globalinfo.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunur.

“Bu səhər Pakistan İranın Sistan və Bəlucistan əyalətində terrorçuların sığınacaqlarına qarşı bir sıra dəqiq hərbi hücumlar həyata keçirib. “Partizanlara ölüm” kod adlı döyüş əməliyyatı zamanı çoxlu sayda terrorçu məhv edilib. İslamabad son bir neçə il ərzində İranın daxilindəki Pakistan əsilli qruplaşma ilə bağlı narahatlığını dəfələrlə bölüşüb. Bu terrorçuların mövcudluğu və fəaliyyətləri ilə bağlı bir çox faktlar təqdim edilib. Lakin məsələ barədə heç bir tədbir görülməyib və terrorçular bir çox pakistanlını qətlə yetirməyə davam ediblər. Bugünkü əməliyyat sözügedən amillər nəzərə alınaraq həyata keçirilib.

Pakistan milli təhlükəsizliyini qorumaq əzmindədir. Xalqın təhlükəsizliyinin qorunması üçün bütün lazımi tədbirlər davam etdiriləcək. İran qardaş ölkədir. Pakistan xalqı İran xalqına böyük hörmət və məhəbbət bəsləyir. Biz ümumi çağırışların, həmçinin terrorizmlə mübarizədə dialoq və əməkdaşlığın vacibliyini vurğulamışıq. Məsələ ilə bağlı ümumi həll yolları tapmaq üçün səylərimizi davam etdirəcəyik”, – bəyanatda deyilir.
Qeyd edək ki, İran Silahlı Qüvvələri yanvarın 17-də Pakistan ərazisinə dron və raketlərlə zərbələr endirib. Pakistan ordusu isə yanvarın 18-də İranın Sistan və Bəlucistan ərazisinə hücum edib. Hər iki tərəf ölkələrinə qarşı təhdid hesab etdikləri terror qruplaşmalarını hədəf aldıqlarını açıqlayıblar. Pakistan İranın hücumundan sonra Tehrandakı səfirini geri çağırıb və bu ölkəyə uçuşları dayandırıb.скачать dle 12.1