Bia.Az

Qərb Zelenskinin hansı tələbini rədd edib? - "The Hill"

Dünya
 18-01-2024, 11:52     176

Kiyevin Qərb müttəfiqləri Ukrayna Silahlı Qüvvələrinə Krıma hücumlarda kömək etməlidir.

AzVision.az xəbər verir ki, bu fikirlər "The Hill"də dərc olunan məqalədəndir.


Məqalə müəllifi Qlen Hovard yazıb: “Qərb üçün Qara dənizdə növbəti addım Kiyevə Krıma hücuma keçmək üçün yardım etmək olmalıdır. Bundan başa Ukraynanın cənubunda fəaliyyət göstərən və Rusiya ordusunun maddi-texniki təchizatını üçün əhəmiyyətli logistikanı bağlamaqdır”.

Hovard əlavə edib ki, Ukrayna prezidenti Vladimir Zelenski müttəfiqlərindən hücum əməliyyatlarına ciddi kömək edə biləcək “Taurus” qanadlı raketlərini istəyib. Lakin qarşı tərəf münaqişənin gərginləşməsi qorxusuna görə bu tələbin yerinə yetirilməsindən imtina edib.

Bundan öncə istefada olan general-leytenant, ABŞ-nin Avropadakı qoşunlarının keçmiş komandanı Ben Hodces də Krımla bağlı diqqət çəkən fikirlər səsləndirmişi. O, Krıma nəzarət edəcək ölkənin bu müharibədə qalib gələcəyini deyb.

Xatırladaq ki, Krımın geri qaytarılması Ukrayna Silahlı Qüvvələrinin 2023-cü ildə başladığı genişmiqyaslı əkshücumunun əsas məqsədlərindən biri idi.
скачать dle 12.1