Bia.Az

Abdullahiyan: “Hücumlarımızın hədəfi Pakistan vətəndaşları deyil, “Ceyş-əl-Ədl” terrorçularıdır”

Dünya
 18-01-2024, 11:45     207

İran İslam Respublikasının xarici işlər naziri Dünya İqtisadi Forumunun illik iclasında İranın terrorçu qruplaşmalara qarşı son hücumları ilə bağlı danışıb.

Bizimyol.info xəbər verir ki, bu barədə İranın "İRNA" xəbər agentliyi məlumat verib.

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan: “Pakistan vətəndaşlarından heç biri İranın raket və pilotsuz təyyarələri ilə hücuma məruz qalmayıb. Biz Pakistan vətəndaşlarını deyil, “Ceyş-əl-Ədl” qrupunu hədəf aldıq, hədəfimiz Pakistanda “Ceyş-əl-Ədl” kimi tanınan terrorçular idi”, - deyə bildirib.

Qeyd edək ki, İranın “Gənc Jurnalistlər Klubu” agentliyinin verdiyi məlumat görə, bu gün Pakistanın Tehrandakı müvəqqəti işlər vəkili İran Xarici İşlər Nazirliyinə çağırıb.

Agetliyin verdiyi məlumata görə, diplomat Pakistan Silahlı Qüvvələrinin İranın Sistan və Bəlucistan əyalətindəki hədəflərə son hücumu ilə bağlı aydınlıq gətirmək üçün çağırılıb.скачать dle 12.1