Bia.Az

Bayden Ukrayna ilə bağlı hərəkətsizliyə görə Konqresə açıq şəkildə etiraz edib

Dünya
 18-01-2024, 11:40     173

Çərşənbə günü, yanvarın 17-də ABŞ prezidenti Co Bayden Ukrayna ilə bağlı fəaliyyətsizliyin Amerika dövləti və dünya üçün strateji nəticələrini müzakirə etmək üçün Konqresin rəhbərliyi, o cümlədən Nümayəndələr Palatasının, həçinin, Senatın Kəşfiyyat, Silahlı Xidmətlər və Təxsisatlar komitələrinin rəhbərləri, aparıcı üzvləri ilə görüşüb.

Bizimyol.info xəbər verir ki, bu barədə Ağ Evdən verilən məlumatda bildirib.

Tədbir zamanı: “Aydın oldu ki, Konqresin gələcək fəaliyyətsizliyi ABŞ-ın, NATO-nun və azad dünyanın qalan hissəsinin milli təhlükəsizliyini təhlükə altına qoyur”, – deyə ölkə başçısı bildirib .

“Prezident Konqresi Ukraynanı dəstəkləmək üçün tez bir zamanda əlavə maliyyə ayırmağa və ABŞ-ın qətiyyətinə dair güclü siqnal göndərməyə çağırıb”, - deyə Ağ Evdən verilən mesajda qeyd olunub.

Bayden Konqresin Kiyevi Rusiyanın qəddar işğalından müdafiə etmək üçün lazımi resurslarla, xüsusilə artilleriya və hava hücumundan müdafiə vasitələri ilə təmin etməsinin vacibliyini vurğulayıb.

Hələ ötən ilin oktyabrında Ağ Ev Konqresdən Ukrayna və İsrail üçün əlavə maliyyə yardımı istəyib, lakin bu sorğu təsdiqlənməyib - Respublikaçılar Yeni il bayramları öncəsi məzuniyyətə çıxıblar və yekun səsvermə keçirilməyib. Qeyd olunub ki, əsas problemli məsələ ABŞ sərhədinin təhlükəsizliyidir.

Qərb mediası yazıb ki, Bayden yanvarın 17-də səhər saatlarında Konqres liderlərini Ukrayna və İsrail dövlətlərinə maliyyə yardımı tələbini müzakirə etmək üçün Ağ Evdə görüşə dəvət edib. Həmin gün Ukraynanın xarici işlər naziri Dmitri Kuleba gecikmənin cəbhədəki vəziyyətə təsir göstərməməsi üçün dövlətlərin yardımını təsdiqləmək üçün son müddətin yanvarın sonu olduğunu bildirib.скачать dle 12.1