Bia.Az

Çin Pakistanla İran arasında gərginliyin azaldılmasında barışdırıcı rolunu təklif edir

Dünya
 18-01-2024, 11:34     147

Çinin Kəraçidəki baş konsulu Yanq Yundonq bildirib ki, ölkəsi Pakistan və İran arasında gərginliyin azaldılmasında konstruktiv rol oynamaq istəyir.

Bizimyol.info xəbər verir ki, "Geo News" televiziyasına danışan Yanq Pakistan və İranın regionun və İslam dünyasının iki böyük ölkəsi olduğuna işarə edərək, Pekin rəhbərliyinin İslamabad və Tehran arasındakı fikir ayrılıqlarının danışıqlar və digər sülh yolu ilə həll olunacağına ümid etdiyini vurğulayıb.
Yanq bəyan edib ki, ölkəsi Pakistan və İran arasında gərginliyin azaldılmasında konstruktiv rol oynamaq istəyir.
Pakistan Xarici İşlər Nazirliyi bu gün səhər saatlarında İranın Sistan-Bəlucistan əyalətində “terrorçuların gizləndiyi yerlərə” qarşı yüksək koordinasiyalı və xüsusi dəqiqliklə hədəflənmiş bir sıra hərbi hücumların həyata keçirildiyini açıqlayıb.
İranın yarı rəsmi "Tasnim" Xəbər Agentliyi yanvarın 16-da Ceyşul Ədl təşkilatının Pakistandakı düşərgələrinin raketlər və pilotsuz uçuş aparatları ilə hədəf alındığını açıqlayıb.
Pakistan Xarici İşlər Nazirliyi yanvarın 16-da İranın sərhəddəki Bəlucistan əyalətinin Pəncqur bölgəsinə hava hücumu təşkil etdiyini, hücumda 2 uşağın öldüyünü, 3 qızın isə yaralandığını açıqlayıb. Dünən Pakistan Tehrandakı səfirini geri çağırmaq qərarına gəlib və Tehrana məlumat verib ki, hazırda İranda səfərdə olan İranın İslamabaddakı səfiri bir müddət geri qayıtmaya bilər.
İranda terror təşkilatı sayılan “Ceyşul Adl” “sünni bəluc xalqının hüquqlarını müdafiə etdiyini” iddia edərək ölkənin cənub-şərqində Pakistanla sərhəddə yerləşən Sistan-Bəlucistan əyalətində vaxtaşırı İrana qarşı silahlı aksiyalar təşkil edir.скачать dle 12.1