Bia.Az

Londonda quldurlar 6 ayda 4 milyon funt sterlinq dəyərində saatları oğurlayıblar

Dünya
 17-01-2024, 18:57     229

Agentliyin verdiyi açıqlamaya görə, London küçələrində baş verən dəbdəbəli saat oğurluqlarının təxminən 40 faizi Vestminster, Hammersmith, Fulham, Kensington və Chelsea rayonları sərhədləri daxilində baş verib.

Bizimyol.info xəbər verir ki, açıqlamada qurbanların daha çox əyləncə məkanlarından çıxan sərxoş insanlar arasından seçildiyi bildirilib və 2022-ci ilin aprel-sentyabr ayları arasında sözügedən üç rayonda 300-dən çox dəbdəbəli saatın oğurlandığı qeyd edilib.
London polisi bu dövrdə oğurlanan lüks saatların ümumi dəyərinin 4 milyon funt sterlinq olduğunu açıqlayıb.
Açıqlamada oğruların qurbanlarına daha çox “narkotik satmaq və fahişəlik” təklifləri ilə yaxınlaşaraq oğurluğu tənha yerdə həyata keçirdikləri müəyyən edilib, gizli polis əməkdaşlarından ibarət qrup yaradılaraq dəbdəbəli saat oğurluğuna qarşı mübarizəyə başlanıldığı bildirilib.
2022-ci ilin oktyabr-dekabr və 2023-cü ilin mart-oktyabr aylarında saat oğrularını cinayət başında yaxalamaq üçün dəbdəbəli saatlar taxaraq əyləncə məkanlarını dolaşan 31 nəfər məxfi polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanılıb.
Açıqlamaya görə, saxlanılan şəxslərdən 14-ü ümumilikdə 26 ilə qədər müxtəlif cəzalara məhkum edilib, onlardan 6-nın həbsi, 6-nın isə həbs olunmadan mühakimə olunması davam edir.
Gizli polis fəaliyyətlərinin aparıldığı 2022-ci ilin oktyabr ayında 43 oğurluq hadisəsi olduğu halda, 2022-ci ilin dekabrında bu rəqəm 31-ə düşüb. 2023-cü ilin mart-oktyabr aylarını əhatə edən dövrdə lüks saat oğurluğu əvvəlki ilin eyni dövrü ilə müqayisədə yüzdə 15,8 azalaraq 429-dan 361-ə düşüb.
Yay aylarında saat oğurluğu hallarının sayı 2023-cü ilin iyulunda 55, 2022-ci ilin iyulunda isə 113 olub. London polisi dəbdəbəli saat sahiblərinə saatlarının fotoşəkilini özləri ilə aparmağı və əmlakın qeydiyyatı məlumat bazasında qeydiyyatdan keçirməyi tövsiyə edib, çünki bu, aşkar edilərsə, onları geri götürməyi asanlaşdıracaq.
Polis həmçinin dəbdəbəli saat oğurluğunun ən çox yayıldığı Vestminster rayonunun Soho bölgəsində polisin gizli fəaliyyətinin təhlükəsizlik kamerası görüntülərini paylaşıb. Görüntülərdə gizli polisin bir qrup lüks saat oğruları tərəfindən mühasirəyə alındığı və saatı oğurlayarkən mülki geyimli polislər tərəfindən yaxalandığı anları əks olunub.скачать dle 12.1