Bia.Az

Admiral: "Üçüncü Dünya Müharibəsi hər an başlaya bilər"

Dünya
 17-01-2024, 18:48     230

"Qərb dünyası başa düşməlidir ki, nisbi sülh və sabitlik erası arxada qalıb və gözlənilməz dövrlər başlayıb".

Bizimyol.info xəbər verir ki, "Independent" nəşrinin verdiyi məlumata görə, bunu NATO Hərbi Komitəsinin sədri, admiral Rob Bauer alyansın yüksək rütbəli rəhbərliyinin iclasında deyib.
Onun sözlərinə görə, Qərb qərargah rəhbərliyinin standart hərbi planları ilə məhdudlaşmayaraq, qlobal təhlükələrə qarşı mübarizəyə bütövlükdə bütün cəmiyyəti cəlb etməlidir: "Hər şeyin planlaşdırıldığı, gözlənildiyi, idarə olunduğu və diqqətin səmərəliliyə yönəldiyi bir dövrdən hər an hər şeyin baş verə biləcəyi dövrə düşüncələrini dəyişdirmək üçün dövlət və özəl aktorlara ehtiyacımız var. Gözlənilməzləri gözləməli olduğumuz illərdir", - deyib və NATO-nun hərbi transformasiyasına başlamaqla bağlı çağırış edib.
Bauer həmçinin Qərb ölkələrinin siyasi liderlərini və hərbi rəhbərliyini Ukraynaya hərbi yardım göstərməklə bağlı yanaşmalarını kökündən dəyişməyə çağırıb: “Bu müharibə heç vaxt Rusiyanın təhlükəsizliyinə Ukrayna və ya NATO tərəfindən real təhlükə ilə bağlı olmayıb. Bu müharibə ona görədir ki, Rusiya yer üzündəki istənilən fiziki silahdan qat-qat güclü bir şeydən - demokratiyadan qorxur. Əgər Ukraynada insanlar demokratik hüquqlara malik ola bilsələr, o zaman Rusiyada da insanlar tezliklə ona can atacaqlar”, - deyə admiral qeyd edib.
Ukrayna mətbuatı yazır ki, dünya müharibə və münaqişələrin sayının artmasına doğru irəliləyir, lakin Ukraynada sülh mövzusu onun gündəmində qalır. Rusiyanın Ukrayna ilə müharibədə strateji məqsədlərə nail olması Aİ ölkələri üçün birbaşa müharibə biletidir. Vətəndaş Cəmiyyəti Tədqiqatları Mərkəzinin rəhbəri Vitali Kulik deyir ki, onların hazırlaşmağa vaxtları az ola bilər.
Sizə onu da dedik ki, İtaliya prezidentinin sözlərinə görə, dünya artıq “parçalanmış müharibəyə” qərq olub. O qeyd edib ki, belə münaqişədən yeganə çıxış yolu çoxtərəfli institutların gücləndirilməsi ola bilərскачать dle 12.1