Bia.Az

Almaniyada Türklərin başçılığı ilə "DAVA" adlı yeni siyasi qurum yaradılıb

Dünya
 17-01-2024, 16:30     236

Almaniyada yaşayan Türklərin rəhbərliyi ilə “Müxtəliflik və Oyanış üçün Demokratik Alyans - DAVA” adlı yeni siyasi formasiya fəaliyyətə başlayıb.

Bizimyol.info xəbər verir ki, DAVA-nın verdiyi yazılı açıqlamada, 2024-cü ildə keçiriləcək Avropa Parlamenti seçkiləri üçün Almaniyanı əhatə edən siyahı ilə siyasi səyahətlərinə başladıqları və bu vəsilə ilə siyasi aktyor olmaq məqsədi ilə ilk mərhələni yaratdıqları bildirilib.
Açıqlamada, jurnalist Teyfik Özcanın sədrlik etdiyi qurumda Almaniyanın tanınmış hüquqşünaslarından Fatih Zingal, Almaniya Federal Xidmət Ordeninin sahibi Dr. Ali İhsan Ünlü və Dr. Mustafa Yoldaş kimi adların olduğu qeyd edilib.
Alyansın məqsədi mövcud partiyalar tərəfindən təmsil olunmayan bir çox vətəndaşlar üçün özünü yeni siyasi mərkəz kimi göstərməkdir. “Bizim missiyamız, siyasi cəhətdən təmsil olunmayan, bu günə qədər qərarlarda böyük ölçüdə rədd edilmiş şəxslərin güclü səsi olmaq. DAVA bu siyasi boşluğu dolduracaq və qətiyyətlə siyasi iştiraka sadiqdir. Müxtəliflik və tolerantlığa açıq öhdəliyimizlə biz özümüzü millətçiliyə, ksenofobiyaya, müsəlmanlara qarşı irqçiliyə və antisemitizmə qarşı qətiyyətlə mövqeləndiririk”, - deyə qurumdan verilən məlumatda qeyd edilib.
Açıqlamada siyasi fəaliyyətin 2024-cü il Avropa Parlamenti seçkiləri üçün Almaniyanı əhatə edən siyahı ilə başladığı bildirilib.скачать dle 12.1