Bia.Az

ABŞ: "Husilərin silah gəmisini batırdıq"

Dünya
 17-01-2024, 11:17     148

Amerika Mərkəzi Komandanlığı (CENTCOM) keçən həftə Yəməndəki husilərə İran istehsalı olan raket hissələrini daşıyan gəminin Ərəbistan dənizində batırıldığını açıqlamışdı. Əməliyyat zamanı ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus iki Seal komandosunun itdiyi bildirilib.

Bizimyol.info xəbər verir ki, CENTCOM-un açıqlamasında Yəməndəki husilərin Qırmızı dənizdə ticarət gəmilərinə hücumundan sonra ilk dəfə belə bir əməliyyatın həyata keçirildiyi bildirilib.
Açıqlamaya görə, əməliyyat ötən cümə axşamı həyata keçirilib. Bölgədə "USS Lewis B.Puller" döyüş gəmisindən fəaliyyət göstərən komandolara pilotsuz təyyarə və helikopter dəstəyi verilib. Komandolar gəmidə qanadlı və ballistik raketlər üçün məhvetmə və istiqamətləndirici qurğular ələ keçirib.
“İlkin təhlillər göstərir ki, eyni silahlar husilər tərəfindən Qırmızı dənizdən tranzit keçən beynəlxalq ticarət gəmilərində günahsız dənizçiləri təhdid etmək və onlara hücum etmək üçün istifadə edilib”, - deyə bildirilir. Gəminin 14 nəfərlik heyəti saxlanılarkən, qayıq batıb.
Digər tərəfdən dünən axşam saatlarında husilərin hərbi sözçüsü Yəhya Seri İsrail limanlarına gedən "Zografia" gəmisini qanadlı raketlə hədəf aldıqlarını və raketin birbaşa hədəfi vurduğunu açıqlayıb.скачать dle 12.1