Bia.Az

Quterreşdən XƏBƏRDARLIQ: “Odla oynamağı dayandırın”

Dünya
 16-01-2024, 01:51     308

BMT-nin baş katibi İsrail və Livanı “odla oynamamağa” çağırıb.

Globalinfo.az xəbər verir ki, BMT-nin Baş katibi Antonio Quterreş İsrail və Livan sərhədində hərbi əməliyyatlara son qoymağa çağırıb.  O, tərəfləri “odla oynamağı” dayandırmağa səsləyib.

Quterreş gündəlik atışmalarla bağlı ciddi narahatlığın olduğunu diqqətə çatdırıb. Bunun İsrail və Livan arasında daha geniş eskalasiyaya səbəb olacağını, eləcə də regional sabitliyə ciddi təsir göstərəcəyini vurğulayıb.

BMT Baş katibi qeyd edib ki, döyüşlər nəticəsində İsrailin şimalında və Livanın cənubunda on minlərlə insan evlərini tərk etmək məcburiyyətində qalıb:

“Mən baş verənlərdən çox narahatam. “Bu mesajı bütün tərəflərə çatdırmalıyam. Mavi xətt üzərində oynamağı dayandırın, gərginliyi azaldın və Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinə uyğun olaraq hərbi əməliyyatları saxlayın”, – deyə Quterreş fikirlərini tamamlayıb.скачать dle 12.1