Bia.Az

Husilər ABŞ-ın gəmisinə raket atdı, cavab olaraq qanadlı raketləri vuruldu

Dünya
 16-01-2024, 01:42     310

Yəmən husiləri Qırmızı dənizdə ABŞ-a məxsus “M/V Gibraltar Eagle” yük gəmisinə gəmi əleyhinə ballistik raket atıb.

Globalinfo.az “Amerikanın səsi”nə istinadən xəbər verir ki, xəsarət alanlar və ciddi ziyan barədə məlumat verilməyib.

Yəmənin Qırmızı dəniz sahillərinin böyük hissəsinə nəzarət edən İranın dəstəklədiyi husilər İsraillə əlaqəli olan və ya İsrail limanlarına gedən ticarət gəmilərinə hücumlar həyata keçirir.
Husilərin hücumlarına cavab olaraq, ABŞ və Britaniya ordusu keçən həftə husilərin Yəməndəki mövqelərinə havadan və dənizdən zərbələr endirib. Paytaxt və Yəmənin qərbi və şimalının böyük hissəsinə nəzarət edən husilər Qırmızı dənizdə hücumlarını davam etdirəcəklərini bildirib.
ABŞ ordusu bazar günü Qırmızı dənizin cənubunda, Yəmənin husilərin nəzarətindəki bölgəsindən ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus esminesə atılan gəmi əleyhinə qanadlı raketi vurduğunu bildirib.
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) bildirdiyinə görə, qırıcı təyyarə raketi liman şəhəri Hodey sahilləri yaxınlığında vurub. CENTCOM-un məlumatına görə, xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur.
Hücumlar Aralıq dənizi ilə birləşən mühüm marşrut vasitəsilə daşımaların dayandırılmasına səbəb olub və bir çox beynəlxalq gəmiçilik şirkətləri bu ərazidən uzaq durmaq üçün daha uzun marşrutlara üstünlük verib.
Husilərin son hücumu ABŞ və Britaniyanın husilərin Qırmızı dənizdəki təhdidlərinə cavab olaraq, Yəmənin qərbində 30-a yaxın husi hədəfinə hava zərbələri endirməsindən bir neçə gün sonra baş verib.
Yəmənin üsyançı hərəkatı Ənsar Allah (husilər) Ədən körfəzində Amerika gəmisinə hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
“Yəmən donanması Ədən körfəzində bir sıra gəmi əleyhinə raketlərdən istifadə edərək ABŞ gəmisinə qarşı əməliyyat həyata keçirib”, – Yəmən hərəkatının hərbi nümayəndəsi Yəhya Saria Husilərə məxsus Əl Məsirə telekanalında deyib. Hərəkatın sözçüsü iddia edir ki, “vuruş birbaşa olub”.скачать dle 12.1