Bia.Az

Ayda lazer reflektorları quraşdırılacaq: Onların missiyası nədir? – FOTO

Dünya
 16-01-2024, 01:40     305

Mühəndislər Ayda lazer reflektorlarının quraşdırılmasını təklif edirlər.

Globalinfo.az xəbər verir ki, NASA mühəndisləri gələcəkdə kosmik gəmilərin planetimizin peykinin səthinə enməsini asanlaşdırmaq üçün Ayda lazer reflektorları sisteminin quraşdırılmasına çalışırlar.

Space.com saytının məlumatına görə, reflektorlar səkkiz şüşə prizmalı kiçik günbəz formalı cihazlardır. Belə qurğulardan birinin çəkisi cəmi 20 qramdır və fiziki güc tələb etmir.

Aya qalxdıqdan sonra onlar optik radarlardan gələn şüaları kosmik gəmiyə əks etdirərək enişə hazırlaşanlara ərazini daha dəqiq tədqiq etməyə və yaxşı eniş yerləri seçməyə imkan verəcək.

moon 1.JPG (45 KB)
Qeyd edək ki, gələcək reflektor şəbəkəsinin ilk komponenti ötən ilin avqustunda Hindistanın “Çandrayaan-3” kosmik gəmisi tərəfindən Aya çatdırılıb.

Kosmik agentlik gələcək missiyalarda Aya daha çox lazer reflektorları göndərməyə ümid edir. Qarşıdan gələn missiyaya Yapon SLIM eniş aparatı daxildir. Hər şey plana uyğun getsə, kosmik gəmi yanvarın 20-də Ayın səthinə enəcək.скачать dle 12.1