Bia.Az

İsrail elan etdi: Qəzzanın şimalında döyüşlər bitdi, cənubunda da…

Dünya
 16-01-2024, 00:52     295

İsrail Müdafiə Qüvvələri Qəzza zolağının şimalında intensiv döyüşləri dayandırmaq niyyətindədir.

Globalinfo.az xəbər verir ki, bu sözləri İsrail müdafiə naziri Yoav Qallant xalqa müraciəti zamanı deyib.

Qalantın sözlərinə görə, hərbi əməliyyatların başlanğıcında Müdafiə Nazirliyi vaxt çərçivəsini açıqlayıb və Qəzza zolağında intensiv döyüşlərin mərhələsinin təxminən üç ay davam edəcəyini deyib. Nazir bildirib ki, anklavın şimalında bu mərhələ başa çatıb.

Müdafiə Nazirliyinin rəhbəri Qəzza zolağının cənubunda da gərgin döyüşlərin tezliklə başa çatdığını açıqlayıbскачать dle 12.1