Bia.Az

ABŞ-ın Venesuelaya qarşı sanksiyaları iqtisadi soyqırımdır - Maduro

Dünya
 16-01-2024, 00:19     287

Venesuela 2015-2022-ci illərdə ABŞ sanksiyaları səbəbindən 642 milyard dollar itirib

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, bunu ölkə prezidenti Nikolas Maduro bildirib. Onun sözlərinə görə, ABŞ-ın Venesuelaya qarşı sanksiyaları iqtisadi soyqırımdır və nəticədə 2015-2022-ci illər arasında 642 milyard dollardan çox itki var.

"2015-2022-ci illər arasında ümumi daxili məhsulun azalması baxımından milli iqtisadiyyata, dövlət və özəl sektora ümumi itki 642 milyard dollar olub. Bu, soyqırımdır, iqtisadi qırğındır!" - Maduro xalqa illik müraciətində bildirib.

Maduronun sözlərinə görə, təkcə ölkənin neft sənayesi 323 milyard dollardan çox itirib, milli aviadaşıyıcı Conviasa isə sanksiyalara görə 40 təyyarəsindən istifadə etmək imkanını itirib.скачать dle 12.1