Bia.Az

Belal qasırğası Fransanın Reunion adasını vurub

Dünya
 15-01-2024, 18:23     214

Belal qasırğası Fransanın Hind okeanında yerləşən Reunion adasını vurub.

Bizimyol.info xəbər verir ki, şiddətli yağış və küləyin təsirli olduğu adada səlahiyyətlilər yüksək həyəcan təbili çalıb və əhaliyə evlərində qalmaları barədə xəbərdarlıq edib.
Təxminən 860 min insanın yaşadığı adada küçədə yaşayan 1 nəfərin öldüyü bildirilib.
Reunion qubernatoru Jerome Filippini mətbuat konfransında: “Biz proqnozlaşdıra biləcəyimiz fəlakət səviyyəsindən aşağı oldu. Bu, bizim üçün yaxşı xəbərdir, lakin Reuniondakı qasırğa hələ bitməyib. Çərşənbə axşamı səhərə qədər dözməliyik", - deyə qeyd edib. Filippini qasırğa səbəbindən 100 min evin işıqsız qaldığını, 37 min evin isə su kəsildiyini bildirib.
Fransa prezidenti Emmanuel Makron sosial media hesabından açıqlama verərək: "Ehtiyatlı olun, evdə qalın. Dövlət sizin üçün səfərbər olub", - deyə qeyd edib.
Digər tərəfdən, Reunion adasının şərqində yerləşən Mavrikiydəki səlahiyyətlilər də təşvişə düşüb. Ölkədə məktəblər bağlanarkən, əhali güclü külək və yağışlara qarşı diqqətli olmağa çağırılıb.скачать dle 12.1