Bia.Az

Fahrettin Altundan yeni kitab: İnformasiya müharibəsindən dezinformasiya müharibəsinə

Dünya
 15-01-2024, 18:22     155

Kommunikasiyalar direktoru Fahrettin Altun qlobal dezinformasiya təhlükəsinə diqqət çəkən “Cəmiyyətlərarası ünsiyyətdə yeni dövr: İnformasiya müharibəsindən dezinformasiya savaşına” adlı yeni kitabı nəşr edib.

Bizimyol.info xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat verib.
Kitabda dezinformasiyanın "milli təhlükəsizlik məsələsi" olduğuna diqqət çəkən Altun Türkiyənin həqiqət uğrunda mübarizəsinə toxunub.
Kommunikasiya Direktoru Altun kitabında: “Cəmiyyəti doğru məlumatlandırmaq bizim ən strateji vəzifələrimizdəndir”, - deyə qeyd edib.
Fahrettin Altun dezinformasiya haqqında: "Türkiyə dezinformasiyaya ən çox məruz qalan ölkələrdən biridir. Ölkəmizə qarşı neqativ qavrayış əməliyyatlarına və mənfi imic cəhdlərinə qarşı müsbət gündəm yaratmaq, yerli ictimaiyyəti və beynəlxalq ictimaiyyəti düzgün, tez və şəffaf şəkildə məlumatlandırmaq, dezinformasiyaya qarşı mübarizə aparırıq bizim ən strateji vəzifələrimizdəndir”, - deyə qeyd edib.
Altun kitabında dezinformasiya ilə mübarizəni "milli təhlükəsizlik məsələsi" olaraq gördüklərini bildirib.
Altun: "Sosial mediada mənbəyi bilinməyən, nəzarətsiz hesabların paylaşımları böyük kütlələri təsir edə bilər və kritik mövzularda ictimai qavrayışı formalaşdıra bilər. Ona görə də Türkiyə Cümhuriyyəti Kommunikasiyalar Müdirliyi olaraq dezinformasiya ilə mübarizəni belə görürük. Bu, bir "milli təhlükəsizlik məsələsi"dir. Bu həyati məsələ ilə məşğul olmaq üçün bir çox layihələr həyata keçiririk", - deyə yazıb
Fahrettin Altun qeyd edib ki, dezinformasiya və manipulyasiya qlobal problemdir.
Paradigm Publications tərəfindən nəşr olunan və Türkiyənin məruz qaldığı dezinformasiya əməliyyatlarına qarşı mübarizə strategiyalarının müzakirə edildiyi kitab 10 məqalədən ibarətdir.скачать dle 12.1