Bia.Az

44 günlük savaşdan sonra yoxa çıxıb… – İrəvanda müəmma

Dünya
 15-01-2024, 18:03     132

“Sentyabrın 19-dan sonra Qarabağdan Ermənistana köçən 100 minə yaxın şəxsdən 735 nəfəri vətəndaşlıq üçün müraciət edib”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Daxili İşlər Nazirliyinin Miqrasiya və Vətəndaşlıq Xidmətinin rəisi Armen Qazaryan deyib.
“Həmin şəxslərin əksəriyyəti Ermənistan Respublikasının himayəsi altında olmalarına dair verilən sertifikatla ölkəni tərk edirlər. Sadəcə 735 nəfər vətəndaşlıq almaq üçün ərizə ilə müraciət edib”, – o bildirib.

Ermənistan Daxili İşlər Nazirliyi həmçinin 44 günlük müharibədən sonra 17 min “Kalaşnikov” avtomatının yoxa çıxdığını bildirib:

“Onlardan heç iz yoxdur. Bu silahları tapmaq hüquq-mühafizə orqanlarının əməkdaşlarının işidir. Vəziyyət olduqca müəmmalıdır”.скачать dle 12.1