Bia.Az

Çin ordusu Tayvana girsə, nələr olacaq? – 3 ssenari

Dünya
 15-01-2024, 17:50     130

“Tayvanda prezident seçkisində (administrasiya rəhbəri vəzifəsi) qələbə qazanan hakim Demokratik Tərəqqi Partiyasından 64 yaşlı lideri Lay Sinde adanın “müstəqillik” siyasətindən geri çəkilməyəcəyini bəyan edib. O, adanın status-kvosunun davamını dəstəkləyir”.

Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, Lay Sindenin qələbəsi gözlənilən idi:
“Pekindən ilk reaksiya gəlib, Çinin müdafiə naziri Cjan Syaoqan bəyan edib ki, Tayvanın müstəqilliyi qəbuledilməzdir. Tayvanda parlament seçkisində isə cüzi səs çoxluğu ilə Çinlə dialoqun tərəfdarı olan siyasi partiyalar qələbə çalıb. Adanın lideri gələcək siyasətində bu amili nəzərə almalıdır.
Buna baxmayaraq, Pekinlə Tayvan arasında dialoqun mümkünlüyü şübhə doğurur. Hakim Demokratik Tərəqqi Partiyası adanın müstəqil siyasətinin, ABŞ-la tərəfdaşlığın gücləndirilməsinin, o cümlədən Tayvanın hərbi gücünün artırılmasının tərəfdarıdır. Bu siyasət Çinin maraqlarına ziddir. Belə görünür ki, Çin lideri Si Szinpinin Tayvan administrasiyasının lideri Lay Sinde ilə dialoqu alınmayacaq. Halbuki Szinpin yumşaq gücdən istifadə edərək adanı Çinə birləşdirməyə çalışır. Misal üçün Çin ada ilə ticarəti, turizm əlaqələrini gücləndirmək istəyir. Pekin Tayvana birgə iqtisadi zona yaratmağı da təklif edib, ancaq Sindenin qələbəsi ada ilə Pekin arasında əməkdaşlıq imkanlarını heçə endirib”.
Politoloq sözlərinə görə, ABŞ Prezidenti Co Bayden Tayvandakı seçkilərdən sonra yenə bəyan edib ki, Vaşinqton əvvəlkitək “vahid Çin” konsepsiyasını dəstəkləyir:
“Bu açıqlama Pekini sakitləşdirmək üçündür. Buna baxmayaraq, Vaşinqton Tayvanın Çinə birləşdirilməsinin əleyhinədir. Çində hesab edirlər ki, ABŞ-ın dəstəyi olmadan Tayvan birləşməyə müqavimət göstərə bilməz. Tsi Cinpin hakim Kommunist Partiyasının son qurultayında bəyan etmişdi ki, birləşmə danışıqlar yolu ilə alınmasa Pekin başqa üsullardan istifadə edəcək, yəni ordunun imkanlarından faydalanacaq.

Elxan Şahinoğlu
Buna baxmayaraq, xarici ekspertlər Çinin Tayvanı zorla adaya birləşdirəcəyinə risk etməyəcəyi qənaətindədirlər. Onların fikrincə, adanın zorla Çinə birləşdirilməsi Pekinə xeyli problem yaradacaq. Birincisi, bu regional müharibəyə səbəb olacaq, xeyli canlı itki olacaq. İkincisi, Vaşinqton və Brüssel Çinə qarşı sərt sanksiyalar tətbiq edəcəklər ki, bu iqtisadiyyatına mənfi təsir edəcək. Üçüncüsü, Çinin qonşu ölkələrlə münasibətləri daha da gərginləşəcək. Çünki ABŞ-la bərabər qonşu ölkələr də Tayvanın Çinə zorla birləşdirilməsinin əleyhinədirlər”.скачать dle 12.1