Bia.Az

Peskiv: "Ukraynanın sülh danışıqları Rusiyasız nəticə verə bilməz"

Dünya
 15-01-2024, 17:23     146

“Təbii ki, bizim iştirakımız olmadan hər cür məsləhətləşmələr keçirilə bilər, lakin heç bir nəticə əldə etmək mümkün olmayacaq”.

Bizimyol.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov Ukraynanın təqdim etdiyi və Davosda müzakirə olunacaq Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibəsinə son qoymaq üçün Kiyevin şərtlərini ortaya qoyan 10 maddəlik sülh planı ilə bağlı jurnalistlərə açıqlama verərkən deyib.

Peskov Rusiyanın bu cür məsləhətləşmələrə münasibətini daha əvvəl dəfələrlə ifadə etdiklərinə diqqət çəkib: “Bu proseslərin hansısa konkret nəticə əldə etmək məqsədi daşıya bilməməsinin aydın səbəbi var – biz razılaşmırıq. Bizim - Rusiyanın iştirakı olmadan hər hansı danışıqların heç bir nəticə əldə etmək ehtimalı yoxdur”, - deyə o qeyd edib.

Davosda keçirilən görüşün heç bir nəticə verməyəcəyini vurğulayan Peskov, "Təbii ki, bizim iştirakımız olmadan hər cür məsləhətləşmələr keçirilə bilər, lakin nəticə əldə etmək imkanı olmayacaq", - deyə əlavə edib.

İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunun ("VEF") 54-cü illik sammitindən əvvəl dünən 83 ölkənin milli təhlükəsizlik müşavirlərinin Rusiyanın Kiyev ilə müharibəyə son qoyması üçün şərtləri əks etdirən Ukraynanın 10 maddəlik sülh planını müzakirə etdiyi bildirilib. Rusiya danışıqlara dəvət edilməyib.скачать dle 12.1