Bia.Az

İlayda Alişan mərhum anasının ad gününü qeyd edib: Bütün gülüşləriniz beynimdə!

Dünya
 14-01-2024, 21:27     193

Mərhum anasının ad günündə İlayda Alişandan emosional paylaşım gəlib.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, 9 yaşında anasını itirən məşhur aktrisa İlayda Alişan müsahibəsində pərəstişkarlarını duyğulandırmışdı.
































"Uşaqlığınızla bağlı ilk xatirəniz nədir?" sualına ürək parçalayan həyat hekayəsindən danışan aktrisa, "6-7 yaşımda anamın məni məktəbə yola salıb yumurta bişirdiyi bir an yadıma düşdü. Xoşbəxt uşaq idik. Yarımçıq, amma xoşbəxt bir ailədə böyümüşük. Anamı 9 yaşım olanda görmüşdüm. Onu xərçəng xəstəliyindən itirdik. Mənə baxan, ana olan bir bacım var. .. Atam (Remzi Alişan) jurnalist olub, illərdir “Hürriyyət”də çalışıb .Bizi şəfqəti ilə bağrına basıb, sevgi ilə tərbiyə edib.İsti evimiz var idi, indi də var”.












































Anasının həsrəti ilə böyüyən İlayda Alişan mərhum anasının ad günündə emosional paylaşım edib. Uşaq yaşlarında öz əlləri ilə hazırladığı üzük və notu paylaşaraq anasına hədiyyə edən, anasının nostalji fotolarını paylaşımına yerləşdirən İlayda Alişan sevdiklərindən şərh alıb.

Tanınmış aktrisa paylaşımına "Bütün gülüşlərin ağlımda. Ad günün mübarək, anam, mələyim" sözlərini yazıb.

Bacısı İlayda Alişanın paylaşımına belə münasibət bildirib: "Anama bu hədiyyəni verdiyin günü və onun xoşbəxtliyini bu gün kimi xatırlayıram. Bu zamanları xatırladıqca o üzüyü düzəldən balaca əllərinə və bu notları  yazan uşaq ürəyinə  möhkəm sarılmaq istəyirəm.”.

Pərəstişkarları İlayda Alişanla anası arasında oxşarlığa diqqət çəkərək, "Gülüşün eynidir" şərhini yazıblar.



скачать dle 12.1