Bia.Az

X Frederik Danimarkanın yeni kralı oldu

Dünya
 14-01-2024, 20:46     192

Anası II Marqretin taxtdan imtinasından sonra Danimarkanın yeni kralı X Frederik olub.

Globalinfo.az xəbər verir ki, bu barədə “Danmarks Radio” məlumat yayıb.

Məlumata görə, II Marqret Kristiansborq sarayında keçirilən mərasimdə taxtdan imtina barədə sənədə imza atıb.

Danimarkanın Baş naziri Mette Frederiksen Kristiansborq sarayının eyvanından Frederik X-i kral elan edib.

Frederiksen taxt-tac varisliyindən danışıb və kraliçaya 52 illik hakimiyyətinə görə təşəkkür edib.

Daha sonra Baş nazir üç dəfə:

“Əlahəzrət Kraliça II Marqret taxtdan imtina etdi. Yaşasın Əlahəzrət Kral Frederik X!”,- deyib.

Qeyd edək ki, II Marqret 52 il Danimarkanın kraliçası olub. 83 yaşlı kraliça Yeni il müraciətində bildirib ki, taxt-tacdan oğlunun xeyrinə imtina edəcək.
скачать dle 12.1