Bia.Az

İsrail Qəzzada döyüşləri davam etdirmək və HƏMAS-a təzyiqi artırmağı planlarlaşdırıb

Dünya
 14-01-2024, 01:28     369

İsrail ordusu Qəzza zolağında döyüşləri davam etdirmək və Fələstinin radikal HƏMAS hərəkatına hərbi təzyiqi artırmaq planlarını təsdiqləyib.

Bizimyol.info xəbər verir ki, bunu mətbuat konfransında İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi deyib.

“Bu gün biz Cənub Komandanlığının Qəzzə zolağında döyüşləri davam etdirmək və HƏMAS-a qarşı hərbi təzyiqi artırmaq planlarını təsdiqlədik – HƏMAS-ın ləğvi və girovların qaytarılmasına səbəb olacaq təzyiq”, - deyə o qeyd edib. “Sabah - yanvarın 14-də müharibənin başlamasından 100 gün tamam olur, HƏMAS hələ də Qəzzada girovları saxlayır. Biz, İsrail ordusu onları geri qaytarmaq üçün əlimizdən gələni edirik və onların hamısını geri qaytarana qədər bunu etməyə davam edəcəyik”, - Baş Qərargah rəisi əlavə edib.

“Həqiqi nəticələrə nail olmaq üçün biz düşmən ərazisində əməliyyatları davam etdirməli və girovların azad edilməsi ilə bağlı real nəticə verməyəcək atəşkəs əldə etmək cəhdlərinin qarşısını almalıyıq. Biz təzyiqi davam etdirməliyik və bunu edirik. Həmas rəhbərliyi ümidlərini atəşkəsə bağlayır və bu anın yaxın olduğuna əmindir”, - deyə ordu rəhbərliyi bildirib.

Bununla belə, “İsrail Müdafiə Qüvvələri tamamilə müharibə məqsədlərinə (HƏMAS-ın məhv edilməsi və girovların azad edilməsi) yönəlib və bu hədəfə çatana qədər mübarizəni davam etdirəcək”, - deyə Halevi əlavə edib.скачать dle 12.1