Bia.Az

Tanzaniyada qızıl mədəni çöküb, 20-dən çox mədənçi ölüb

Dünya
 13-01-2024, 23:02     298

Hazırda axtarış-xilasetmə işləri davam etdirilir

Tanzaniyanın şimalında qızıl mədəninin çökməsi nəticəsində azı 21 mədənçi həlak olub.

AYNA-nın “Sinxua”ya istinadən verdiyi xəbərə görə, bu barədə yerli hökumətin nümayəndəsi Yahaya Navanda bildirib.

Onun sözlərinə görə, şaxta güclü yağış nəticəsində dağılıb: “Ölənlərlə yanaşı itkin düşənlər də var. Hazırda axtarış-xilasetmə işləri davam etdirilir”.

Qəza zamanı mədəndə olan şaxtaçıların dəqiq sayı məlum deyil.скачать dle 12.1