Bia.Az

Yaxın Şərqdə yeni “qaynar nöqtə”: regional müharibə olacaq?

Dünya
 13-01-2024, 22:59     289

Eskalasiya olsa belə, bir neçə ölkəni əhatə edəcək hansısa böyük müharibə baş verməyəcək

Yanvarın 12-nə keçən gecə ABŞ və Böyük Britaniya Yəməndə husilərə məxsus pilotsuz təyyarələrin təlim mərkəzlərinə və anbarlarına hücum edib. Bu, sonuncunun Qırmızı dənizdə gəmilərə hücumundan sonra baş verib. Ancaq müharibəni genişləndirmək, yəni gördüyümüz məhdud raket zərbələrindən kənara çıxmaq haqqında danışmaq üçün hələ heç bir səbəb görmürəm.

Qırmızı dənizin blokadası məsələsi dərhal həll edilməsə belə, bir gün əvvəl olan vəziyyət təkrarlanacaq. Yəni hava zərbələri endiriləcək və husilər Amerika və Britaniya gəmilərini vurmaqla cavab verəcəklər. Hər şey bir gün əvvəl husilərə qarşı zərbələrin nə qədər təsirli olacağından asılı olacaq. Husilər gəmilərə atəş açmağa davam etsələr, bu, onlara qarşı zərbələrin effektli olmadığı və çox güman ki, belə toqquşmaların davam edəcəyi anlamına gələcək. Husilər hücumlarının intensivliyini azaltsalar, bu, ABŞ-ın öz missiyasını yerinə yetirdiyini söyləməsi üçün kifayət edərdi.

Mənə elə gəlir ki, bütün bunlar belə bitməlidir. Eskalasiyaya səbəb ola biləcək yeganə amil məsələn, Səudiyyə Ərəbistanı və BƏƏ-nin ABŞ-ın rəhbərlik etdiyi koalisiyaya qoşulmasıdır. O zaman husilər bir neçə il əvvəl olduğu kimi yenidən neft obyektlərini atəşə tutsalar, Səudiyyə Ərəbistanı ilə husilər arasında gərginlik yarana bilər. Belə olan halda İran münaqişəyə müdaxilə edə bilər və bu, İranla ərəb monarxiyaları arasında münasibətləri pisləşdirəcək.

İndiyədək bu müşahidə edilməyib. Zərbələri dəstəkləyən yeganə ərəb ölkəsi Bəhreyndir. Mən İranın ABŞ və müttəfiqləri ilə üzbəüz toqquşmaya çəkilmək istəyini görmürəm. Onun üçün riskli və çox məsrəflidir. Çox güman ki, onların iqtisadiyyatı belə bir zərbəyə tab gətirməyəcək. İran hesab edir ki, proksi qrupları dəstəkləməklə öz məqsədlərinə nail olur. Ona görə də indiki vəziyyətin genişmiqyaslı regional eskalasiyaya səbəb olacağını deyə bilmərəm. Beləliklə, bu, Rusiya-Ukrayna müharibəsinə heç bir şəkildə təsir etməyəcək.
Hətta eskalasiya olsa belə, bunun bir neçə ölkəni əhatə edəcək hansısa böyük müharibəyə səbəb olacağını düşünmürəm. Hər şey Yəmənin daxilində qalacaq. Husilərin nəzarət etdiyi ərazinin özü regional miqyasda kiçik olduğundan mümkün eskalasiya miqyası məhdud olacaq.
Belə bir eskalasiyanın gətirib çıxara biləcəyi yeganə hal enerji qiymətlərinin artmasıdır. Qısa müddətdə bu, ticarət gəmilərinin Qırmızı dənizdən keçməsində daha böyük problemlərə səbəb ola bilər.

Müəllif: İlya Kusa - Beynəlxalq məsələlər üzrə analitik, Ukrayna Gələcək İnstitutunun analitik mərkəzinin Yaxın Şərq məsələləri üzrə eksperti.

Mənbə: UNİAN
Tərcümə AYNA-ya məxsusdur.скачать dle 12.1