Bia.Az

Bayden ABŞ-ın Tayvanın müstəqilliyini dəstəkləmədiyini təsdiqləyir

Dünya
 13-01-2024, 22:05     376

Birləşmiş Ştatlar Tayvanın müstəqilliyini dəstəkləmir.


Bizimyol.info xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden Ağ Evin cənub çəmənliyində jurnalistlərlə söhbəti zamanı bildirib.
Ondan Tayvanda keçirilən son seçkiləri şərh etməsi istənilib: “Biz Tayvanın müstəqilliyini dəstəkləmirik”, deyə - Ağ Evin mətbuat xidməti Vaşinqton yaxınlığındakı Kemp Deviddə (Meriland) ölkə iqamətgahına gedən prezidentdən sitat gətirir. "Amerika administrasiyası “vahid Çin” siyasətini dəstəklədiyini dəfələrlə bəyan edib",- deyə məlumatda bildirilir.

Birləşmiş Ştatlar 1979-cu ildə Tayvanla diplomatik əlaqələri kəsib və Çin Xalq Respublikası ilə əlaqələr qurub. Vaşinqton “vahid Çin” siyasətini tanımaqla yanaşı, eyni zamanda Taypey administrasiyası ilə əlaqələri davam etdirir. ABŞ Tayvanın əsas silah tədarükçüsüdür. Çin Xarici İşlər Nazirliyinin məlumatına görə, bir neçə il ərzində Amerikanın adaya hərbi təchizatının ümumi həcmi 70 milyard dolları keçib.скачать dle 12.1